İŞİD-ə qoşulan 100 alman öldürülüb

dunya
24-08-2015, 09:54 779
İŞİD-ə qoşulan 100 alman öldürülüb Almaniya Daxili İşlər Nazirliyi İraq və Suriyada İŞİD terror təşkilatına qoşulan vətəndaşlarla bağlı hesabat hazırlayıb.
Axar.az xəbər verir ki, Daxili İşlər naziri Tomas De Mezier indiyə qədər İŞİD-ə qatılan 100 almanın həlak olduğunu açıqlayıb. Onun sözlərinə görə, radikal dini təriqətlərə qoşulan hər yeddi almandan biri həlak olur.
Nazir 2012-ci ildən bu günədək 700 radikal islamçının İraq və Suriyada silahlı qruplara qoşulduğunu qeyd edib.