Tatlısəsin səbri daşdı: "Daha bəsdir..."

medeniyyet
21-08-2015, 14:52 900
Tatlısəsin səbri daşdı: "Daha bəsdir..." Müğənni İbrahim Tatlısəs əsəblərinə hakim ola bilməyib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müayinə üçün yenidən Mayamiyə yollanan sənətçi 14 saatlıq uçuşdan sonra eşitdiyi xəbərlə sarsılıb.
Belə ki, Tatlısəs ölkəsindən gələn şəhid xəbərləriylə sarsılıb. Müğənni sosial şəbəkədə bunları yazıb:
"Amerikaya gəldim, amma əhvalım sıfırdır. 12 gəncimizi torpağa tapşırmışıq. Analar, bacılar ağlayıb, ürəkləri dağlanıb... Mən indi müalicəyə gəlmişəm, onun dərdini çəkim, yoxsa ürəyi qan ağlayan ana-atalarımızın? Daha bəsdir, bəsdir, bəsdir..."