Rusiya Çinlə “misli görünməmiş” təlimə başlayır

dunya
21-08-2015, 10:06 985
Rusiya Çinlə “misli görünməmiş” təlimə başlayır Çin hökuməti Rusiya ilə reallaşdıracağı hərbi təlimlər üçün gəmilərini Vladivostok şəhərinə göndərib. Axar.az məlumat verir ki, avqustun 24-də Böyük Pyotr körfəzində start götürəcək təlimlər iki ölkənin may ayında reallaşdırdıqları “Dəniz əməkdaşlığı-2015” təlimlərinin 2-ci mərhələsi hesab olunur. Hər iki ölkədən 500 dənizçi və onlarla gəminin iştirakı ilə keçirilən təlimlər 8 gün davam edəcək. Rusiya admiralı Aleksandr Fedotenkov təlimləri miqyası baxımından “Misli görünməmiş” adlandırıb.