Yaponiya dəniz məhsullarının idxalına qoyduğu qadağaya görə Koreya Respublikasından şikayət edib

dunya
21-08-2015, 09:47 990
Yaponiya dəniz məhsullarının idxalına qoyduğu qadağaya görə Koreya Respublikasından şikayət edib Yaponiya hökuməti səkkiz prefekturadan, o cümlədən Fukusima prefekturasından dəniz məhsullarının idxalına qoyduğu qadağaya görə Koreya Respublikasından Dünya Ticarət Təşkilatına (DTT) şikayət edib.
Koreya Respublikası tərəfindən həmin qadağa iki il bundan əvvəl tətbiq edilib və əsas olaraq “Fukusima-1” Atom Elektrik stansiyasında baş vermiş qəzanın dənizi çirkləndirməsi göstərilib.
Yaponiya tərəfi bəyan edir ki, Koreya Respublikasının arqumentlərinin elmi əsası yoxdur.
Məsələnin həlli məqsədilə iki ölkənin nümayəndələrinin görüşü zamanı razılıq əldə olunmayıb. Bundan sonra yapon tərəfi mübahisənin həlli üçün DTT-dən müvafiq komissiyanın yaradılmasını xahiş edib. Yaponiya qadağanın beynəlxalq ticarət qaydalarını pozduğunu bildirib.
Bu, Yaponiyanın DTT-yə ilk şikayətidir. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Koreya Respublikasına müraciətində Fukusimadan və digər qonşu prefekturalardan dəniz məhsullarının idxalına qadağa qoyulması məsələsinə vicdanla yanaşmağı xahiş edib.