Məktəbdə güclü partlayış: yaralılar var

dunya
21-08-2015, 09:38 1001
Məktəbdə güclü partlayış: yaralılar var Nyu-Yorkda məktəblərin birində güclü partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində 3 nəfər yaralanıb. Onlardan 1-nin vəziyyəti ağır kimi qiymətləndirilir.
Partlayış Nyu-Yorkun Bronks rayonunda yerləşən təhsil müəssisəsinin 6-cı mərtəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, məktəbin laboratoriyalarında təmir-tikinti işləri aparılırmış. Zərərçəkənlərin hamısı binada işləyən fəhlələrdir. Hadisə nəticəsində binaya ciddi zərər dəyib. İlkin versiyaya görə, partlayış qaz sızması nəticəsində baş verib.