Fransızsayağı "demokratiya"

dunya
19-08-2015, 15:28 872
Fransızsayağı "demokratiya" Fransanın Manş departamentində fermerlərin təşkil etdiyi nümayişin dağıdılması zamanı Respublika Təhlükəsizlik Dəstələri (Fransa jandarmeriyası) gözyaşardıcı qazdan istifadə edib.
Bu barədə Frans Press agentliyi xəbər yayıb.
Agentliyin məlumatında bildirilir ki, nümayişdə təqribən 150 nəfər iştirak edib. İştirakçıların əksəriyyəti ət və süd istehsalçılarıdır. Nümayişçilər Sen-Lo şəhər administrasiyasının binasına soxulmağa çalışıblar. Bu zaman jandarma gözyaşardıcı qazdan istifadə etməli olub.
Bundan sonra etiraz əlaməti olaraq nümayişçilər maşın şinlərini yandırıb və 15 traktor vasitəsilə administrasiya binası yaxınlığına zibil dağıtmağa çalışıblar.