Davudoğlu hökuməti qura bilmədi- Ərdoğana təhvil verdi

dunya
19-08-2015, 09:39 887
Davudoğlu hökuməti qura bilmədi- Ərdoğana təhvil verdi Türkiyənin baş naziri Əhməd Davudoğlu öz hökumət qurmaq səlahiyyətlərini prezident Rəcəb Tayyib Ərdoğana təhvil verib.
Anadolu Agentliyinə istinadən məlumatına görə, baş nazir 63-cü hökuməti qura bilmədiyini açıqlayıb. Ərdoğan bütün bu səylərinə görə Davutoğluya təşəkkür edib.
Prezident və Davudoğlu arasındakı görüş Prezident sarayında, 1 saat 25 dəqiqə davam edib.
Xatırladaq ki, 2015-ci ilin 9 iyulunda Ədalət və İnkişaf Partiyasının rəhbəri və baş nazirə yeni hökumət qurmaq tapşırığı verilmişdi.