Obama məzuniyyətini Klintonla keçirir

dunya
19-08-2015, 09:34 863
Obama məzuniyyətini Klintonla keçirir Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama builki məzuniyyətini Martas-Vinyard adasında keçirir.
Məlumatına görə, Massaçusetsdə yerləşən adada prezidentin əsas əyləncəsi həmişə olduğu kimi qolfdur. Obama hətta ABŞ-ın eks-perzidenti Bill Kiltonla da qolf oynayıb. Hazırda isə o, tək məşq edir.
Obama qapalı məkanda ailəsi-xanımı Mişel və qızları Maliya və Saşa ilə birgə istirahət edir.
Obama artıq 6-cı dəfədir ki, (2009-cu ildən başlayaraq) Martas-Vinyardda dincəlir. Prezident yalnız 2012-ci ildə ikinci seçkiləri zamanı ora gedə bilməmişdi.