“Körpə Hitleri öldürərdinizmi?” – Dünya bundan danışır

musahibe
27-10-2015, 12:59 1242
“Körpə Hitleri öldürərdinizmi?” – Dünya bundan danışır Dünyanın ən nüfuzlu mətbu orqanlarından olan “The New York Times” qəzeti maraqlı bir sorğu keçirib.
Qəzet oxucularına “Keçmişə getmək mümkün olsa idi, Hitleri hələ körpə ikən öldürərdinizmi” sualını ünvanlayıb.
Maraqlıdır ki, sorğuda iştirak edənlərin 42 faizi suala “bəli” cavabını versə də, respondentlərin 30 faizi “yox”, 28 faizi isə “dəqiq bilmirəm” deyib.
Suala “yox” cavabı verənlər şərhlərdə Hitleri öldürmək istəməmələrinin səbəbini onun ölümünün tarixdə daha böyük faciələrə yol açacağı ilə əlaqələndiriblər.
Qeyd edək ki, hazırda “twitter”də yaradılan “#babyhitler” həştəqi vasitəsilə hər kəs bu barədəki fikirlərini paylaşa bilər.