Kravçuk: “Hələ Yeltsin 1992-də bizi mühasirəyə almışdı”

musahibe
22-10-2015, 12:38 1187
Kravçuk: “Hələ Yeltsin 1992-də bizi mühasirəyə almışdı” Bu sözləri Ukrayna mətbuatına açıqlamasında Ukraynanın ilk prezidenti Leonid Kravçuk söyləyib. Onun sözlərinə görə, Kreml 1992-ci ildə Odessanın işğalı üçün buraya öz hərbi gəmilərini göndərmişdi:
“Belovejskdə imzalanan müqavilədən sonra Boris Yeltsin Rusiyanın xarici siyasətini müəyyənləşdirməliydi. Onun verdiyi əmrdə Ukraynanın Rusiyanın milli strateji maraqları sistemində qalması göstərilirdi. Məsələ onda idi ki, Rusiya özünün böyüklüyü və zənginliyini görmürdü. O, Ukrayna olmadan belə dünya hökmranlığı uğrunda savaşa bilərdi. Kreml indi də Avropa, Amerika ilə yarışmaq istəyir. Rusiyanın ümumi daxili məhsulu 3 trilyon 600 milyon dollardır. Avropada isə bu göstərici 40 trilyondur. Əgər ABŞ-ı da bura əlavə etsək, o zaman həmin dəyər 100 trilyon dolları keçəcək. Mən sual verirəm: Rusiya indi kiminlə yarışır? Ukrayna artıq Qərbə tərəf üz tutub və NATO üzvü olmaq istəyir. 1992-ci ildə Ukrayna özünün ərazi bütövlüyü ilə bağlı verdiyi qərarda ölkə ərazisindəki bütün orduların Kiyevə tabe olmasını göstərirdi. Mən həmçinin Qara dəniz donanmasının da Ukraynaya tabe olması haqqında əmr imzaladım. Həmin gün Yeltsin Ukraynadakı Qara dəniz donanmasının Rusiyaya tabe olması haqqında əmrə imza atdı. Bu, artıq ərazi bütövlüyünün pozulması ilə bağlı ilk addım idi. Çox çətin proseslər başladı. Bir neçə gəmi Sevastopoldan Odessaya doğru yol aldı. Onlardan hərbi sursatlarla atəş açıldı. Təəssüf ki, hələ də heç kim bu haqda məlumata sahib deyil”.