"Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatları apara bilər" AÇIQLAMA

musahibe
20-10-2015, 15:07 994
"Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatları apara bilər" AÇIQLAMA “Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlaya bilər, lakin hələ bu gün o şərait yetişməyib”. Bu sözləri SİA-ya açıqlamasında Qabil Hüseynli deyib. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması bütün dünya birliyi tərəfindən qəbul edilib. Məhz buna görə də Azərbaycan BMT-nin qəbul etdiyi qətnamənin 25 və 51-ci maddələrinə əsasən burada anti-terror əməliyyatları apara bilər. Bu məsələni şərh edən siyasi ekspert Qabil Hüseynli bildirib ki, hazırda anti-terror əməliyyatlarının aparılması üçün mümkün şərait mövcud deyil: “Bunu həm ATƏT-in Minsk qrupunun, həm də BMT-nin nümayəndələri və həm də regionda marağı olan böyük dövlətlər qəbul etməz. Bu gün beynəlxalq aləm məsələnin yalnız sülh yolu ilə həll edilməsi ilə bağlı təkliflər irəli sürür”. Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatları apara bilər: “Bu halda beynəlxalq aləm Azərbaycanı təcavüzkarlıqda günahlandırmağa başlayacaq. Bununla da biz yenidən ikili standartların və yanaşmaların şahidi olacağıq. Bütün dünya birliyi bizi qınamağa başlayacaq. Buna görə də hesab edirəm ki, Azərbaycan müəyyən müddət səbirli olmalıdır. Biz danışıqların nəticəsini gözləməli və itirilmiş torpaqları sülh yolu qaytarmağa cəhd etməliyik. Təbii ki, biz anti-terror əməliyyatlarına başlaya bilərik, lakin hələ bu gün o şərait yetişməyib”.