Pakistanda dəhşətli terror- Nazir öldü

dunya
17-08-2015, 11:20 822
Pakistanda dəhşətli terror- Nazir öldü Pakistanda Pəncab Əyalətinin Daxili işlər naziri Şuja Hanzade evinə edilən terror nəticəsində həlak olub.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirin Atto şəhərində yerləşən ofis olaraq istifadə etdiyi evinə hücum təşkil edilib. Partlayış nəticəsində 25 nəfər binanın dağıntıları altında qalıb. 10 nəfərin meyiti çıxarılsa da, nazirin cəsədi hələ də çıxarılmayıb.
Partlayışda yaralanan 4 nəfər isə xəstəxanaya aparılıb.