Bazar bombalandı: 80 ölü

dunya
17-08-2015, 10:55 922
Bazar bombalandı: 80 ölü Əsəd qüvvələrinin hücumu nəticəsində 200-dək adam yaralanıb.
Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Douma şəhərinə hökumət hərbi aviasiyasının hava zərbəsi nəticəsində azı 80 nəfər ölüb.
Hücum nəticəsində 200-dək adam yaralanıb.
Hökumət qüvvələri vaxtaşırı olaraq üsyançıların nəzarətində olan Douma şəhəri və ətraf ərazilərə hücumlar edir, o cümlədən, hava reydləri keçirilir, helikopterlərdən çəllək bombaları atılır.
Xəbərlərə görə, bu cür reydlər nəticəsində müxalifətçi döyüşçülərlə yanaşı, yüzlərlə mülki vətəndaş da həlak olub.
Fəalların sosial şəbəkələrdə yaydığı fotolarda görünür ki, hava zərbəsindən sonra bazarın yerləşdiyi ərazi tamamilə xarabalığa çevrilib, ətrafdakı binalar dağılıb, yanğın yaxınlıqdakı avtomobilləri məhv edib.
Douma şəhərində fəallar AP agentliyinə vəziyyətin "fəlakət" dərəcəsinə çatdığını bildiriblər, onların sözlərinə görə, klinikalar yaralılarla doludur.