Netanyahunun həbsinə dair qətnaməni 48 mindən çox insan dəstəklədi

dunya
14-08-2015, 09:50 762
Netanyahunun həbsinə dair qətnaməni 48 mindən çox insan dəstəklədi Böyük Britaniya parlamentinin rəsmi internet sahifəsindəki müraciətlər bölməsinə yerləşdirilən İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair qətnamə layihəsinə 48 mindən çox insan dəstək verib.
"Report" Gazeta.Ru saytına istinadən xəbər verir ki, qətnamə müəllifləri bildirir ki 2014-cü ildə Qəzza zolağında iki mindən çox insanın ölümündən bilavasitə Netanyahu cavabdehdir və bu səbəbdən o həbs olunmalıdır.
Qaydalara əsasən, 10 mindən çox insanın dəstəklədiyi hər bir sənəd britaniyanin rəsmi orqanları tərəfindən diqqətə alınır.
Xatırladaq ki, 2014-cü ildə 50 gün davam edən hərbi əməliyyatlar nəticəsində Fələstin tərəfdən 1462-si mülki vətəndaş olmaqla 2251 nəfər, İsrail tərəfdən isə, 6-sı mülki vətəndaş olmaqla 73 nəfər öldürülmüşdü.