Ötən il 763 nəfər qida zəhərlənməsi ilə bağlı müraciət edib

sehiyye
3-04-2024, 14:04 1019
Ötən il 763 nəfər qida zəhərlənməsi ilə bağlı müraciət edib2023-cü il üzrə qida zəhərlənmələrinin statistikası açıqlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə qida zəhərlənmələri ilə bağlı müraciət edənlərin say 763 nəfər olub. Onlardan 143-ü təsdiqini tapmış zəhərlənmə faktıdır.
Qida zəhərlənməsi ilə əlaqədar qeydiyyata alınmışların sayı 1 128 nəfərdir. Təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkənlərin sayı isə 285 nəfər təşkil edir. Zəhərlənmədən ölənlərin sayı iki nəfər olub.