Ötən ay xaricdə təhsil almış 58 nəfərin diplomu tanınmayıb

tehsil
3-04-2024, 13:51 137
Ötən ay xaricdə təhsil almış 58 nəfərin diplomu tanınmayıb Mart ayı üzrə 313 müraciətçinin 255-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 58 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Oxu.Az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.







Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 11, dövlət nümunəli olmayan diplom üzrə atı, ekvivalenti olmayan ixtisas üzrə iki, təhsil forması üzrə bir nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Bildirilib ki, ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 94, Rusiya Federasiyasından 78, Türkiyə Respublikasından 73, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 18, Gürcüstandan 18, Belarus Respublikasından beş, Polşa Respublikasından beş, Çin Xalq Respublikasından dörd, Macarıstandan üç, Amerika Birləşmiş Ştatlarından iki, Fransa Respublikasından iki, İsveçrə Konfederasiyasından iki, Koreya Respublikasından iki, Litva Respublikasından iki, Almaniya Federativ Respublikasından bir, İspaniya Krallığından bir, Malayziyadan bir, Niderland Krallığından bir, Qırğız Respublikasından bir müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 44, iqtisadiyyat üzrə 34, menecment üzrə 27, biznesin idarə edilməsi üzrə 22, hüquqşünaslıq üzrə 11 müraciətçi qeydə alınıb.