Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyət verilə bilər

gundem
29-02-2024, 11:40 901
Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyət verilə bilər Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir.

Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısamüddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.