Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb - SİYAHI

gundem
20-02-2024, 13:04 1024
Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb - SİYAHIİşğaldan azad edilmiş rayonlarda 2023-cü il ərzində 1 271 yeni iş yeri açılıb.

APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 59% artıb. Belə ki, 2022-ci ildə işğaldan azad edilmiş rayonlarda 797 yeni iş yerləri yaradılıb.

Qeyd edək ki, ötən il ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 625, Şuşada isə 275 yeni iş yeri yaradılıb.