Azərbaycan nefti bahalaşdı

iqtisadiyyat
9-02-2024, 13:59 683
Azərbaycan nefti bahalaşdıDünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,54 ABŞ dolları, yaxud 3% artaraq 86,95 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.