Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı - FOTO

gundem
20-01-2024, 12:57 610
Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı - FOTOBu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anılıb.

Oxu.Az-ın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Vətəndaşlarımız səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı - FOTO

Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı - FOTO