Samuxda yanacaqdaşıyan maşın aşıb, 40 ton benzin yola dağılıb - FOTO

gundem
12-01-2024, 13:30 648
Samuxda yanacaqdaşıyan maşın aşıb, 40 ton benzin yola dağılıb - FOTOSamuxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Samux avtomobil yolunun 2-ci km-də qeydə alınıb. “Mercedes” markalı çoxtonnajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yanacaqdaşıyan maşının yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb.






Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısını alınması istiqamətində tədbirlər həyata keçirilib. Hadisə zamanı Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb olunublar, sürücülər alternativ yollara yönləndiriliblər.
Dövlət Yol Polisi əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır.

Samuxda yanacaqdaşıyan maşın aşıb, 40 ton benzin yola dağılıb - FOTO