DTX-nin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı təltif olunub - SƏRƏNCAM + VİDEO

siyaset
30-11-2023, 00:30 1297
DTX-nin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı təltif olunub - SƏRƏNCAM + VİDEO Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə President.az xəbər verir.

Sərəncamla Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif edilirlər:

“Tərəqqi” medalı ilə

Məmmədova Kamina Qavil qızı

“Hərbi xidmətlərə görə” medalı ilə

Allahverdiyev Extibar Yadulla oğlu – polkovnik

Əliyev Elçin Alastun oğlu – polkovnik

Əmirov Ziyafət Məsim oğlu – polkovnik

İsmayılov Azər Valeh oğlu – polkovnik

Nəsirov Elşad Haqverdi oğlu – polkovnik

Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant

Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.

Həmçinin təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.