Braziliyalı səyyah: “Qarabağın bərpasının sürəti heyrətamizdir”

gundem
4-11-2023, 20:58 1220
Braziliyalı səyyah: “Qarabağın bərpasının sürəti heyrətamizdir” “Mən heç bir ölkədə Azərbaycandakı kimi tikinti-bərpa işləri görməmişəm”.
Bu barədə “Report”a açıqlamasında braziliyalı səyahətçi Pristsila Perianez bildirib.

“Heç vaxt tikinti-bərpa işlərinin Qarabağdakı kimi sürətlə getdiyini görməmişəm. Tikintinin keyfiyyəti və sürəti, sadəcə, heyrətamizdir. Füzuli Hava Limanı cəmi səkkiz ayda tikilib. O, çox gözəldir”.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
Məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.