Nazir: “Yaxın gələcəkdə ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik”

gundem
4-11-2023, 20:55 986
Nazir: “Yaxın gələcəkdə ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik”“Yaxın gələcəkdə ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik”.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu, bir mexanizmdir, instrumentdir:

“Qarşımızda böyük çağırışlar var, bunu instrument olaraq saxlayırıq. Elə bir il ola bilər ki, bizə həmin çağırışlar mane olar, diversifikasiya etmək ehtiyacımız yarana bilər. Amma hökumətin niyyəti yaxın müddət ərzində bu prosesi tam bir instituta çevirməkdir”.