Prezident: “Azərbaycan həm müharibə, həm də antiterror tədbirləri zamanı humanitar normalara riayət edib”
siyaset
11-10-2023, 21:49
803
![Prezident: “Azərbaycan həm müharibə, həm də antiterror tədbirləri zamanı humanitar normalara riayət edib” Prezident: “Azərbaycan həm müharibə, həm də antiterror tədbirləri zamanı humanitar normalara riayət edib”](/uploads/posts/2023-10/thumbs/1697046562_1580727309621757685.jpg)
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.
Bununla belə, Qərbdəki erməni havadarlarının Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham etdiklərini vurğulayan dövlətimizin başçısı bildirib:
“Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir”.