İlham Əliyev mədəniyyət nazirinin müavinləri ilə bağlı fərman imzalayıb

siyaset
13-05-2023, 20:35 1562
İlham Əliyev mədəniyyət nazirinin müavinləri ilə bağlı fərman imzalayıbPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.
Fərmana əsasən, birinci müavin vəzifəsi ləğv edilib. Daha bir dəyişiklə nazirin müavinlərinin sayı dörd nəfər olaraq müəyyənləşib.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.