XƏBƏRDARLIQ: Azərbaycana qar yağacaq

sosial
12-11-2022, 20:00 166
XƏBƏRDARLIQ: Azərbaycana qar yağacaqEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək arabir yağış yağacağı gözlənilir.
Eyni zamanda, noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.