“BakıKart”ın funksiyalarında dəyişiklik ediləcək

sosial
29-10-2022, 00:39 210
“BakıKart”ın funksiyalarında dəyişiklik ediləcək“Yaxın vaxtlarda “BakıKart”ın funksiyalarında dəyişiklik ediləcək”.

APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, istənilən ödəniş vasitəsi NFC, “GooglePay”, “ApplePay”, bank kartları və s. ilə ödəniş etmək mümkün olacaq.
“Bu da düşünürəm ki, vətəndaşların işini rahatlaşdıran, eyni zamanda ictimai nəqliyyata marağı bir az da artıran məsələlərdəndir”, - deyə nazir müavini qeyd edib.