Prezident İlham Əliyev Albaniyaya rəsmi səfərə dəvət olunub

siyaset
14-04-2022, 21:04 841
Prezident İlham Əliyev Albaniyaya rəsmi səfərə dəvət olunubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyaya rəsmi səfərə dəvət olunub.

Bu fikir aprelin 14-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüş zamanı Albaniyanın Baş naziri Edi Rama tərəfindən səsləndirilib.

“COVID artıq bir növ sakitləşib və ümid edirəm ki, Siz Albaniyaya səfərə gələcəksiniz”, - Albaniyanın dövlət başçısı deyib.