Prezident İlham Əliyev yunan həmkarını təbrik edib

siyaset
24-03-2022, 21:44 300
Prezident İlham Əliyev yunan həmkarını təbrik edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.
Bu barədə AZƏRTAC məlumat verir.
Məktubda deyilir:


“Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.