Satmaq öhdəliyi ilə kirayə verilən mənzillərlə bağlı qaydalar dəyişdi - FƏRMAN

siyaset
4-03-2022, 17:33 839
Satmaq öhdəliyi ilə kirayə verilən mənzillərlə bağlı qaydalar dəyişdi - FƏRMANPrezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Fərmana əsasən, artıq kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi tərəfindən alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi həyata keçirilə bilər.
Daha əvvəl kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilə bilməzdi.