Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTO

iqtisadiyyat
25-08-2021, 10:03 700
Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTO2021-ci ilin birinci yarısının yekununa əsasən ölkənin iqtisadi rayonları üzrə muzdla çalışan işçilərin sayı və yanvar-iyun ayları üzrə orta aylıq nominal əməkhaqları açıqlanıb.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, iyul ayının 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 690 600 nəfər olub.

Bakı şəhərində muzdla çalışan işçilərin sayı 865 000 nəfər təşkil edib. Paytaxtdan sonra rəsmi işçi sayına görə Naxçıvan Muxtar Respublikası (114 200 nəfər), Abşeron-Xızı iqtisadi rayonu (92 800 nəfər), Gəncə-Daşkəsən iqtisadi rayonu (79 600 nəfər) gəlir.
Bakı şəhərindən (942,3 manat) sonra ən yüksək orta aylıq əməkhaqqı Gədəbəy rayonunda (685 manat), Daşkəsən rayonunda (669,3 manat) və Sumqayıt şəhərində (640,8 manat) qeyd alınıb.
Naxçıvan Muxtar Respublikasında adambaşına düşən orta aylıq əməkhaqqı 540,8 manatdır. Muxtar Respublikası üzrə ən yüksək əməkhaqqı Naxçıvan şəhərində (556,3 manat) olub. Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTO Abşeron-Xızı iqtisadi rayonunda orta aylıq əməkhaqqı 606,7 manat, bu region üzrə muzdla çalışan işçilərin sayı isə 92 800 olub. İqtisadi rayon üzrə ən yüksək orta aylıq əməkhaqqı Sumqayıt şəhərində - 640,8 manat qeydə alınıb.Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTO27 600 nəfər işçi sayı ilə Dağlıq Şirvan iqtisadi rayonunda orta aylıq əməkhaqqı 468,6 manat təşkil edib. Bölgə üzrə ən yüksək orta aylıq əməkhaqqı Ağsu rayonunda - 485,7 manat olub. Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTO Gəncə-Daşkəsən iqtisadi rayonunda 79 600 muzdlu işçi qeydə alınıb. Burada orta aylıq əməkhaqqı 517,6 manat olub. Region üzrə ən yüksək orta aylıq əməkhaqqı - 4400 işçi sayı ilə Daşkəsən (669,3 manat), daha sonra 45 700 işçi sayı ilə Gəncə şəhərində (540,8 manat) qeydə alınıb. Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTOQarabağ iqtisadi rayonunda muzdlu işçi sayı 64 900 nəfər, orta aylıq əməkhaqqı isə 427 manatdır. Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTOQazax-Tovuz iqtisadi rayonunda muzdlu işçi sayı 59 400 nəfər, muzdlu işçi sayı orta aylıq əməkhaqqı isə 497,9 manatdır.Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTO
Quba-Xaçmaz iqtisadi rayonunda muzdlu işçi sayı 52 700 nəfər, orta aylıq əməkhaqqı isə 500,5 manatdır.Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTOLənkəran-Astara iqtisadi rayonunda muzdlu işçi sayı 67 800 nəfər, orta aylıq əməkhaqqı isə 454,5 manatdır. Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTOMərkəzi Aran iqtisadi rayonunda muzdlu işçi sayı 75 100 nəfər, orta aylıq əməkhaqqı isə 451,7 manatdır.Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTOMil-Muğan iqtisadi rayonunda muzdlu işçi sayı 44 300 nəfər, orta aylıq əməkhaqqı isə 449,4 manatdır. Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTOŞəki-Zaqatala iqtisadi rayonunda muzdlu işçi sayı 70 900 nəfər, orta aylıq əməkhaqqı isə 440,4 manatdır.Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTOŞərqi Zəngəzur iqtisadi rayonunda muzdlu işçi sayı 22 400 nəfər, orta aylıq əməkhaqqı isə 491,4 manatdır
Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTOŞirvan-Salyan iqtisadi rayonunda muzdlu işçi sayı 53 900 nəfər, orta aylıq əməkhaqqı isə 531,3 manatdır.Bakıdan sonra ən yüksək əməkhaqqı verilən regionların siyahısı AÇIQLANIB - FOTO

Oxu.az