Artıq ödənilmiş vergilərlə bağlı LAYİHƏ - VİDEO

iqtisadiyyat
3-08-2021, 20:54 931
Artıq ödənilmiş vergilərlə bağlı LAYİHƏ - VİDEOƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması ilə bağlı tədbirlər həyata keçirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı “Vahid elektron lövhə”nin tətbiqidir. Dövlət Vergi Xidməti tərəfindən “Vahid elektron lövhə”nin fəaliyyəti ilə bağlı maarifləndirmə işi çərçivəsində “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə elektron ərizənin doldurulması qaydası və “Vahid Elektron Lövhə”nin tətbiqi barədə məlumat” adlı videotəlimat hazırlanıb. Burada “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə ərizənin onlayn tərtib olunması, göndərilməsi və bu ərizənin icrasına nəzarət məqsədilə yaradılmış “Vahid elektron lövhə”nin tətbiqi prosesi haqqında ətraflı izahat verilir.