“Türkmənqaz”: “Dostluq” yatağının istismarı Avropaya qaz ixracına imkan verəcək

iqtisadiyyat
12-05-2021, 17:33 856
“Türkmənqaz”: “Dostluq” yatağının istismarı Avropaya qaz ixracına imkan verəcək Xəzər dənizindəki “Dostluq” yatağının Türkmənistan və Azərbaycan tərəfindən birgə istismarı təbii qazın qərb istiqamətində ixracına imkan verəcək.

“Report” xəbər verir ki, bunu “Türkmənqaz” dövlət konserninin sədr müavini Quvanç Aqacanov Türkmənistanın neft və qaz sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə beynəlxalq forumun plenar iclası zamanı deyib.

Qazın Türkmənistandan Avropa ölkələrinə ixracı Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi halında mümkün olacaq. Transxəzər qaz kəməri öz növbəsində Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropa İttifaqı ölkələri ilə əlaqələndirən “Cənub Qaz Dəhlizi”nə qoşacaq.