Rusiya Ermənistan üçün qazın qiymətini aşağı saldı

dunya
7-09-2015, 21:19 849
Rusiya Ermənistan üçün qazın qiymətini aşağı saldı Protokol imzalanıb.
Rusiya Energetika nazirliyi və Ermənistanın Energetika və Təbii sərvətlər nazirliyi Ermənistana qaz tədarükünün qiymətinin müəyyənləşdirilməsi qaydalarında dəyişikliyə dair protokol imzalayıblar.
Realfakt.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, imzalanmış sənədə əsasən, Ermənistan qazın hər min kubmetrinə görə Rusiyaya 189 dollar yox, 165 dollar ödəyəcək.
Sənəd həmçinin “Qazprom Armeniya” QSC-nin normal fəaliyyətinin təmin edilməsi üçün baza şərtlərini müəyyən edir.