Bakıda azyaşlı bağlı qapı arxasında köməksiz qaldı

hadise
17-08-2020, 08:33 973
Bakıda azyaşlı bağlı qapı arxasında köməksiz qaldı



Bakı şəhərinin Nərimanov rayonunda bir azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Bildirilib ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.