Abşeronda ər arvadına 22 bıçaq zərbəsi vurdu

hadise
16-08-2020, 00:51 1295
Abşeronda ər arvadına 22 bıçaq zərbəsi vurdu

Abşeronda bıçaqlanma hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən çoxsayli bıçaq zərbələri alan 1992-ci il təvəllüdlü Məmmədova Şəhanə Sahib qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun döş qəfəsində və qarın boşluğunda 22 kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır