İŞİD qadın jurnalisti və onun atasını edam etdi

dunya
6-09-2015, 12:48 960
İŞİD qadın jurnalisti və onun atasını edam etdi Onlar bu ilin fevral ayında girov götürülmüşdülər.
İŞİD terror qruplaşmasının üzvləri şənbə günü İraqın Mosul şəhərində yerli qəzetinin müxbiri İxlas as-Saati və onun atasını edam ediblər.
Realfakt.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İraqın “Əs-Sumariyyə” telekanalına Naynava polisinin əməkdaşı Məhəmməd əl-Cəburi məlumat verib.
Məlumata əsasən, edam edilən jurnalist Naynava əyalətinin şurası tərəfindən dərc edilən və bölgədəki hadisələri işıqlandıran qəzetin müxbiri olub. Onun atası bu qəzeti Naynava əyalətinin inzibati mərkəzi Mosul şəhərində yayılması ilə məşğul olurdu.
İŞİD silahlıları jurnalisti və onun atasını bu ilin fevral ayında girov götürmüşdülər.