Balıqçı qayığı batdı: 10 ölü

dunya
6-09-2015, 12:38 973
Balıqçı qayığı batdı: 10 ölü Cənubi Koreyada baş verən qəza nəticəsində xeyli sayda insan da itkin düşüb
Cənubi Koreyanın Çedju adası sahillərində balıqçı qayığı batıb. Nəticədə 10 nəfər ölüb, 3 nəfər isə xilas edilib.
İtkin düşənlərin sayı isə məlum deyil. Onların axtarışına onlarla gəmi və bir neçə təyyarə cəlb olunub. Balıqçı qayığının batmasına onun həddindən artıq yüklənməsinin səbəb olduğu ehtimal edilir.
Sonuncu dəfə ötən il 300-dən çox şagird bərənin batması nəticəsində həlak olmuşdu. Tənqidçilər bu cür qəzalara Cənubi Koreya hökumətinin zəif təhlükəsizlik siyasətinin səbəb olduğunu deyirlər.