AĞLAMAYIM NEYLƏYİM

yazarlar
5-02-2021, 15:33 3024
AĞLAMAYIM NEYLƏYİMBəşərin son peyğəmbəri (s.ə.s.) Xatəmül-ənbiyanın son sözü: “Kitab oxu, özünə dost tap. Hövsələ ilə”. Bizdə kitab dərc etməkdə məqsəd: - zərrəsini çatdırmaqdı. Odur ki, bu şüarımızı kitabımızın əzəli üçün bu cürə nəzmə çəkdik.

Açılır “Fatihə” ilə “Kitab”ın xəndanı,
“Bəqərə” incə kitab, “İmran” aləsi şani.
Qadınlar süfrə açar, verər bizə ənamı,
Ərafda var qənimət, tövbəkar ol soltani.



“Yunis” qaçıb vəyhdən, “Hud”da ki, şərdən-xətadan,
Tanrı əhv etmiş onu, “Yusif” gözəllik məqamı.
Göylər də guruldayır, danış İbrahim ağadan,
Daşlı sahələrdə gəz bal arısın var kamı.

Gecə vaxtı mağara keçdi önündən “Məryəm”,
Dedilər: var danışan, qundaq içrə ol nəbi həm.
“Həcc”i də etdi ziyarət, necə mömin kəslər,
“Nur”unu saçdı İsa, Furqan ilə ol həmdəm.

Şairlər sözlə çəkib qarışqa hekayətini,
Hörümçək tora salıb, Rumdan gələn ol çətini.
Loğmanı yad eləyir, səcdədə öz dəstələri,
Xoş səba açdı Yaradan, ürəyi xəstələri.

“Yasin” avazla gəlir, cərgə-cərgə durur mələk,
Davud azanmı verir, zümrələr, həm möminlər?
İzah etdi Şura, heçdi bu gün qızıl, bəzək,
Dumanda diz çökmüş camaat, qumsal təpələr.

Ol Məhəmməddi gələn, fəth eləyib otaqları,
Qaf dağından Turacan, ulduzu, həm Ay-qəməri.
Dedi: Rəhmani rəhim qopmalıdır ol qiyamət,
Yerdə qoymaz o qanı, qızdıracaqdır dəmiri.

Şikayət etməyin heç toplananda imtahana,
Yalan deyən də gələr, cümə günü olmayana.
Riyakar qalmayacaq, qarşılğıdır hər işi,
Boşanan, boşanmayan, qadağan olanda fərman.

Hakim – Allah belədir, qələm hər nəyi yazmış,
Haqq olan qiyaməti, pillə-pillə söz açmış.
Nuh gəlib söylədi var bir belə cinlər arada,
Nə qədər nur libasa bürünsə də nur saçmış.

Haqq dedi: qalx ayağa, bəsdi yatır müddəsir,
And iç qiyamətə sən, insanı haqq yoluna gətir.
Çox gəlib bir-birinin ardınca ol böyük xəbər,
Söylə var can alanı, sən bilirsən əbəsə nədir?

Sarınıb əmmamə kimi sönsə Günəş, dursa zaman,
Parçalansa göylər, gəlsə mütəffirinə an.
Yarılıb bürclərimiz, axirətdi dur, bir oyan,
And ola gecə gələnə, ayırd edər əla inan.

Axirət-qiyamətdi, and olsun dan yerinə,
And olsun ol şəhərə, and olsun ol günəşə.
And ola ol gecəyə, and ola o gündüzünə,
Açdılar köksünü şahın, and ola əncirinə.

Çəkib ol laxta qanı, verdi şaha əl qədri,
Gəzdirib ol səmanı, həm açıq-aşkar dəlili.
Ərz etdi zəlzələni, həm də qaçan atları ki,
Qiyamət haqdı inan, sölə təkasur əsri.

Ey qeybət əhli, baxın, fillərin təlaş səsinə,
Qureyşilər götürüb, zəkat, kövsər öhdəsinə.
Kafirə sən ol kömək, Əbu Ləhəb tərsasinə,
“İxlas” ilə “Fələq”i insanların hər kəsinə.

Ceyhunam, zərrəsiyəm, həm də yazıb surələri,
Hafiz olmaq diləyən cəhd eləsin kəlmələri.
Oxuyub dərk eləsin ol yazılan töhvələri,
Arifə ver dəyəri, varsa əgər inciləri.


AĞLAMAYIM NEYLƏYİM