Bu şəhərlərə giriş-çıxışa qoyulan qadağa götürülüb? — RƏSMİ

sosial
22-07-2020, 15:04 965
Bu şəhərlərə giriş-çıxışa qoyulan qadağa götürülüb? — RƏSMİ"Lənkəran şəhərində bilirsiniz ki, sərtləşdirilmə götürüldü. Lənkəran şəhərinin giriş və çıxışına tətbiq olunan məhdudiyyət hələ də qüvvədədir"

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev danışıb.

O bildirib ki, Lənkərandan digər şəhər və rayonlara çıxmaq, eyni zamanda digər şəhər və rayonlardan Lənkərana girişə icazə verilmir:

"Bunu əhali nəzərə almalıdır. Lənkəranın daxilində insanlar sərbəst hərəkət edə bilərlər. Amma Lənkəranda giriş-çıxış ilə bağlı Nazirlər Kabinetinin 178 saylı qərarı hələ də qüvvədədir. 5 inzibati ərazi – Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun giriş-çıxışına tətbiq edilən məhdudiyyət hələ də qüvvədədir”.(parla.az)