Tvitter istifadəçilərinə şad xəbər: Səsli tvit yaradıldı

sosial
18-06-2020, 01:32 934
Tvitter istifadəçilərinə şad xəbər: Səsli tvit yaradıldı
Tvitter istifadəçiləri tvitləri artıq səsli mesaj şəklində də yayımlaya biləcəklər.

Axar.az xəbər verir ki, bu barədə Tvitter administrasiyası məlumat yayıb.

Bu səsli tvitlərin maksimum həcmi 140 saniyə olmalıdır. Əgər səsli tvit 140 saniyədən artıqdısa, sosial platforma avtomatik olaraq onu bir neçə hissəyə ayıracaq.