FHN əməkdaşları deformasiyaya uğramış maşından sürücünün meyitini çıxardılar

hadise
18-06-2020, 00:49 1083
FHN əməkdaşları deformasiyaya uğramış maşından sürücünün meyitini çıxardılar
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda “Tofaş” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1988-ci il təvəllüdlü Kazımov Natiq Səfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.