» » İnternet xidmətinə görə ödəniş vaxtı dəyişdi


İnternet xidmətinə görə ödəniş vaxtı dəyişdi

16-05-2019, 17:16
Oxunub: 790
Çap et
İnternet xidmətinə görə ödəniş vaxtı dəyişdi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

RealFakt.Az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, 2019-cu ilin may ayından etibarən "Aztelekom" MMC-nin internet xidməti üzrə ödənişlər "gündəlik hesablaşma" prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.

Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz.
Reytinq: