Lənkəranda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTO

gundem
8-05-2019, 15:22 1405
Lənkəranda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTO Heydər Əliyev Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş bayram konserti keçirilib.

"RealFakt"ın Cənub mərkəzi xəbər verir ki, ulu öndərin adını daşıyan xatirə parkındakı abidəsi önündə keçirilən möhtəşəm bayram konsertində əllərində dövlət bayraqları tutmuş minlərlə lənkəranlı iştirak edib.

Ümummilli liderin əziz xatirəsi Lənkəranda həmişə ehtiramla yad olunur. Lənkəranın hərtərəfli inkişafında və cənub bölgəsinin iqtisadi-mədəni mərkəzinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətlərini heç vaxtı unutmayan lənkəranlılar bu gün ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə rayonun sosial-iqtisadi və mədəni həyatında qazanılan parlaq nailiyyətlərlə fəxr edib qürur hissi keçirirlər.

Həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni istifadəyə verilən sosial obyektlər, ən yüksək səviyyədə yaradılan infrastruktur, eyni zamanda Heydər Əliyev Fondunun xəttilə görülən işlər sakinlərin rifahını daha da yaxşılaşdırmaqla bərabər onlara tükənməz sevinc bəxş edir.

Konsertdə respublikanın tanınmış incəsənət ustaları tamaşaçılara biri-birindən gözəl mahnı çələngi bəxş ediblər.
Lənkəranda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTO
Lənkəranda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTO
Lənkəranda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTO