Prezidentdən yol tikintisi ilə bağlı - SƏRƏNCAM

siyaset
24-07-2018, 21:14 1197
Prezidentdən yol tikintisi ilə bağlı - SƏRƏNCAM
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakıda yol tikintisi ilə bağlı sərəncam imzalayıb.
Realfakt.Az xəbər verir ki, sərəncama əsasən, qırx altı min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,9 milyon (yeddi milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Sərəncamın icrası məqsədi ilə maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə edilib.