Təhsil naziri yeni direktor təyin etdi

sosial
21-05-2018, 21:30 1296
Təhsil naziri yeni direktor təyin etdi
Təhsil naziri Ceyhun Bayramov Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin edib.
Təhsil Nazirliyindən Realfakt.Az-a verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub.
F.Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub.
O, üç fənn proqramının, beş orta məktəb dərsliyinin, bir metodik vəsaitin, 70-dən artıq məqalənin müəllifi, “Azərbaycanın təhsil siyasəti” ikicildliyinin tərtibçisidir. Onlarca müxtəlif əsərlərə redaktorluq edib. Özbəkistanda, Türkiyədə elmi konfranslarda iştirak edib.
F.Şahbazlı Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllimidir.