Məşhurların kirayə qalmaq üçün yarışdığı tarixi malikanə

sou
28-01-2018, 22:32 1251
Məşhurların kirayə qalmaq üçün yarışdığı tarixi malikanə
Dünyaca məşhur ulduzlar Fransada yerləşən 1800-cü illərdən qalma tarixi bir malikanədə kirayə qalmaq üçün bir-biri ilə yarışırlar.

Realfakt.Az xəbər verir ki, bir gecəsi 32 min avro, təxminən 66 min 540 azn olan malikanə milyoner biznesmenlərin də tez-tez gəldiyi yerdir.

Bu evi Beyons və Cey Zi cütlüyü, Corc Klunidən Brinti Spirsə kimi bir çox məşhur kirayə qalmaq üçün rezervasiya etdirib.
Noyat şəhərində yerləşən 13 otaqlı bu malikanənin ən böyük özəlliyi isə tarix qoxan dizaynıdır. Milyonerlər və ulduzlar buranı gizli partilər verib, əylənmək üçün istifadə edirlər.
Qeyd edək ki, 2016-cı ildə Corc Kluni və həyat yoldaşı Amal bu malikanədə 3 gün qalaraq təxminən 200 min manat pul ödəyiblər.