“Moody's” “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərini yüksəldib

iqtisadiyyat
26-01-2018, 20:55 1207
“Moody's” “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərini yüksəldib
“Moody’s” Beynəlxalq Reytinq Agentliyi 26 yanvar 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərini yüksəldib.

Realfakt.Az xəbər verir ki, bankın xarici və yerli valyutada olan uzunmüddətli reytinqləri “Caa1” səviyyəsindən “B3” səviyyəsinə qaldırılıb.

Baza kredit qiymətləndirilməsi (BCA) “caa3” pilləsindən “caa2” pilləsinə, qarşı tərəf uzunmüddətli risk qiymətləndirilməsi isə B3(cr) pilləsindən B2(cr) pilləsinə artırılıb.

Həmçinin bankın uzunmüddətli depozit reytinqləri pozitiv proqnozla dəyərləndirilib.