Nə yamandır ayrılığım

yazarlar
17-01-2018, 15:11 1531
Nə yamandır ayrılığım














Dünənə baxsan bir tarixdir
Yaşanan ömür də bir tarixdir.
Çoxları ayrı düşmüş məmləkətdən
Fəqət nə yamandır mənim ayrılığım.
Nə görmüş, nə gəzmiş didərgin halım.
Quşlar uçuşur ağ buludlar altda
Məni tanımaz Laçın da, Şuşa da
Görməsəm də xəyal qurdum yaddaşımda.
Nə yaman oldu ayrılığım.
Görmədiyim yerə yaman həsrətəm
Həsərət çəkənlərlə qürbətdə tənəm.
Şuşanın yollarında ayaq izim yox
Qəlbimə sancmış min-min yanar ox.
Nə yaman oldu mənim ayrılığım.
Nə olmuşam o yerdə, nə fikrim, nə halım
Lənətə gəlsin bu savaş
Lənətə gəlsin bu düşmən
Ya bu görüş olacaq
Ya da qəbrə qədər bu görüş uzanacaq.
Səndə yaşadı yaratdı
Üzeyir bəy, Yusif Vəzir Çəmənzəminli
Xan Əmi, Maestro Niyazi
Şuşa!
Fəqət, onlar da ayrıdır səndən
Mənim həsrətim bənzəməz o həsrətə.
Görmüş insanın həsrəti başqa
Nə çəkdim məmləkətdə həsrətdən başqa?
Vərəqlər islanmış göz yaşlarımdan
Görmədiyim Şuşanın böyük ahından.

İsrafil Emin Qarabaği.